Kılıçdaroğlu: “Türkiyənin tarixi bir fürsəti qaçırdığını düşünürəm“backend

Kılıçdaroğlu: “Türkiyənin tarixi bir fürsəti qaçırdığını düşünürəm“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasına (CHP) sədri Kamal Kılıçdaroğlu koalisiya görüşmələrinə dair partiyanın mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib.

“Davudoğlu bizə 2 təklif edib: qısa müddətli bir keçid hökuməti və ya “biz azlıq hökuməti qursaq bizi kənardan dəstəkləyə bilərsinizmi”, deyə Kılıçdaroğlu qeyd edib .

Kamal Kılıçdaroğlu vurğulayıb ki, Türkiyənin çox ciddi problemləri var, ən azı 4 il müddətinə davam edəcək koalisiya hökumətinin qurulması lazımdır: “Biz bu fikirlərimizi qarşı tərəfin diqqətinə çatdırdıq. Ancaq AKP üç ay ərzində müəyyən məsələləri həll etməyi, proqramı müəyyənləşdirməyi, daha sonra da seçkiyə getməyi təklif edirdi”.

Kılıçdaroğlu ümidsizliyə qapılmağın gərək olmadığını bildirib: “Türkiyə böyük, güclü və öz problemlərini aşmağa qadir olan bir ölkədir. Biz xalqın bundan sonrakı təqdirinə hörmət edəcəyik. Əgər AKP hökuməti qura bilmirsə, vəzifəsini təhvil verəcək. Erkən seçkinin yeganə variant olduğunu doğru saymıram. 24 saat siyasət üçün çox uzun müddətdir\”.

İnterpress.az