Bu barədə erməni siyasi müşahidəçi Naira Ayrumyan yazıb.
Onun sözlərinə görə, son olaraq Karen Demirçiyan adına İdman-Konsert Kompleksini satıblar. “Dörd il ərzində burada kazinoların da olduğu əyləncə mərkəzini tikəcəklər. Lap Sisernakaberd memorial kompleksinin yanında”, – erməni siyasi müşahidəçi qeyd edib.
O, qeyd edib ki, bu günlərdə yayılan informasiyaya görə, hökumət İranla Sevan (Göyçə) gölündən suyun satışı ilə bağlı razılaşma əldə edib: “Görünür, növbədə Nairit zavodu və Zvartnos aeroportudur. Məlum olduğu kimi Nairit zavodu tezliklə satılması üçün dövlət mülkiyyətinə qaytarılıb. Eyni zamanda Zvartnos hava limanının gəlirinin azaldığı barədə ictimai rəy yaradılır”.
İnterpress.az