İnterpress.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 2014-cü ilin dekabrın 16-da Peşəvər şəhərindəki məktəbə edilən hücum nəticəsində 130-dan çoxunun məktəbli olmaqla 150 nəfər ölüb. Hücuma görə məsuliyyəti öz üzərinə “Taliban” qruplaşması götürüb.
Məlumata görə, hücumda iştirakı sübuta yetirilmiş 7-ci terrorçu ömürlük həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, insidentdən sonra Pakistan hökuməti terrorla mübarizə üzrə milli planı qəbul edib. Parlament isə hərbi tribunalların yaradılmasına qərar verib.
İnterpress.az