Bu sözləri Avropa İttifaqının Azərbaycan Ofisinin rəhbəri Malena Mard deyib. Onun sözlərinə görə, Avropa İttifaqı ümumilikdə dünya üzrə seçkilərə çox böyük əhəmiyyət verir: \”Bugünkü təlimlər MSK ilə uzun müddət olan əməkdaşlıq çərçivəsində həyata keçirilir. Həm ATƏT, həm Avropa Şurası tərəfindən namizədlərin qeydiyyata alınması ilə bağlı tövsiyələri nəzərdən keçiririk ki, bu sahədə inkişafı daha da gücləndirək. Biz bugünkü təlimləri digər ölkələrdə də keçiririk. Bakıda keçirilən təlimlər silsilə olaraq, Azərbaycanın digər rayonlarında da keçiriləcək. Parlament seçkiləri Azərbaycanın seçkiləridir və MSK burada əsas aktordur\”.
İnterpress.az