APA-nın Gürcüstan bürosunun məlumatına görə, o, üç uşaq atası olan T. Mikayılovun ailəsinin durumu ilə maraqlanıb, ailəyə və xüsusən yeni doğulan uşağa yardım göstərilməsi barədə aidiyyəti təşkilata göstəriş verib.
T. Mikayılovun qohumu Məhəmməd Bayramov bildirib ki, Q. Mişveliani Turqayın tezliklə azadlığa buraxılacağını bildirib. İcra başçısı deyib ki, Gürcüstan hökuməti Turqayın azad olunması üçüb danışıqlar aparır. Q. Mişveliani söhbət zamanı onu da əlavə edib ki, sentyabrda T. Mikayılovun işi ilə bağlı İrəvanda məhkəmə keçiriləcək. Məhkəmədən sonra o, Gürcüstana təhvil veriləcək.
M. Bayramov bildirib ki, dünən Turqay Mikayılov ailəsi ilə telefonla danışıb: \”O deyib ki, məhkəməsi sentyabrın əvvəlində İrəvanda olacaq və sonra onu Gürcüstana təhvil verəcəklər. Turqay əlavə edib ki, məhkəmə ona cərimə kəsə bilər\”.
İnterpress.az