Macarıstanda Əcdadlar günü keçirilibbackend

Macarıstanda Əcdadlar günü keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Macarıstandakı səfirliyindən verilən məlumata görə, bu ilki \”Əcdadlar günü\” gələn il təşkil olunacaq VI Hun-Türk qurultayına hazırlıq xarakteri daşıyır və macarları qədim əcdadları olan hunlar və əski türklərlə daha yaxından tanış etmək məqsədi güdür.

Tarixi-bədii şou kimi düşünülən \”Əcdadlar günü\”nün açılış mərasimində Macarıstan Parlamentinin vitse-spikeri, tanınmış tarixçi və dramaturq Şandor Layoş, Macarıstan Turan cəmiyyətinin prezidenti Andraş Biro, Macarıstandakı Türkiyə səfiri Şakir Fakılı, Qazaxıstan səfiri Nurbax Rüstəmov, Azərbaycan səfiri Vilayət Quliyev, TİKA təmsilçiləri, dünyanın müxtəlif ölkələrindən gəlmiş türk icmalarının nümayəndələri iştirak ediblər.

Azərbaycan və Macarıstan arasındakı qarşılıqlı mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə azərbaycanlı jurnalist, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu Turan Cəmiyyətinin diplomu ilə təltif olunub.

Hazırda Almaniyada yaşayan tanınmış azərbaycanlı rəssam Əşrəf Heybətov hun tayfalarının əfsanəvi başçısı, məşhur sərkərdə Atillanın özü tərəfindən çəkilmiş portretini Turan cəmiyyətinə hədiyyə edib.

Daha sonra qədim türklərin hərbi məharətini əks etdirən döyüş səhnələri göstərilib, cıdır yarışı, çovkan oyunu, ox atma müsabiqəsi keçirilib. Cəmiyyətin təşəbbüsü ilə yaradılan və Macarıstanın türk köklərini göstərən səyyar muzeylə tanışlıq da böyük maraqla qarşılanıb. Axşam isə tonqal işığında qədim türk melodiyalarından və şaman musiqisindən ibarət konsert proqramı təşkil edilib. (apa)

İnterpress.az