İnterpress.az xəbər verir ki, peşəkar killer Rusiya mətbuatına müsahibəsində qiymətlərdən danışıb. Həmin şəxs 2000-ci illərə qədər xüsusi təyinatlı olub. Lakin sonradan 10 min rubl müqabilində peşəkar killer kimi fəaliyyətə başlayıb: “Arvadım evdə pul qurtardığını deyəndə vasitəçinin yanına gəlib ondan növbəti sifarişi götürürdüm. Beləcə evə daha 10 min aparırdım”.
Həbsxanadan verdiyi müsahibəsində killer bildirib ki, “bazarda” illərdir dəyişməyən qaydalar var: “Peşəkar həmişə öznüə yeni maşın ala biləcək qədər pul götürüb. Bu qayda illərdir dəyişmir. Bundan başqa taarif cədvəli də var ki, bura öldürüləcək şəxsin kimliyi, harda yaşması, hansı silahdan istifadə ediləcəyi kimi məsələlər daxildir. Məsələn, Samara və ya Tolyattidə 200-300 min, Novosibirskdə 400-500 mindir. Moskvada isə ancaq milyonların söhbəti gedir.10-20 il əvvələ qədər daha ucuz olurdu, çünki o zaman hər yerdə qətllər törədilirdi, killerlər arasında rəqabət güclü idi. 1998-ci ildə deputat Qalina Starovoytovanın həyatına cəmi 10 min dollar, yəni indiki pulla 650 min rubl qiymət qoyuldu. Ən bahalı ölüm növü odlu silahdan istifadədir. Çünki dəlillər çox qalır və saxlanma zamanı sübut etmək asanlaşır. Bəzən icraçı həbs olunacağı təqdirdə ailəsinin rahat yaşaya bilməsi üçün tələb olunan vəsaitə razılaşır. Sonuncu dəfə mənim yanımda bir iş adamını qətlini müzakirə edirdilər. Sifarişçi 20 milyon təklif edirdi, ancaq killerlər qiməti 25 milyona qaldıra bildilər. Söhbət Moskvada təkcə biznesi olan adamdan getmirdi, onun siyasi dairələrə də təsir imkanları vardı. Ancaq icraçılar sonda işdən imtina etdilər. Çünki belə şəxs öldürüldükdən sonra cinayətin açılma ehtimalı 100 faiz idi. Belə adamların işini boş buraxmırlar. Killerlərin pula görə istənilən cinayəti törətdiyi barədə söylənənlər ancaq mifdir. Elə sifarişlər var ki, peşəkarlarlar ondan imtina edirlər”.
İnterpress.az