F.Olland Ermənistan-Azərbaycan arasında gərginliyin artmasına icazə verilməməsinin vacibliyini diqqətə çatdırıb. O, rəsmi Parisin təmas xəttində yaşanan son hadisələrə görə üzərində düşən məsuliyyəti hiss etdiyini qeyd edib. “Buna görə də biz bütün əlaqədar tərəflərdən xahiş edirik ki, bundan sonra iki ölkənin sərhədində hər-hansı hadisənin olmasına icazə verilməsin. Bu yaxınlarda Azərbaycana və Ermənistana baş çəkdim. Mən orada hər iki tərəfə münaqişənin birdəfəlik həll etməyin mümkün olduğunu dedim”, – deyə o bildirib. Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan ABŞ-ın prezidenti Barak Obama sentyabrın 28-də Baş Assambleyada çıxışı zamanı Ukraynanın ərazi bütövlüyünə toxunsa da, Dağlıq Qarabağ münaqişəsindən danışmayıb. (publika.az)
İnterpress.az