Bu gün Lənkəranın Şirinsu kəndindən Yardımlıya doqquz “KAMAZ”dan ibarət toy karvanı yola düşüb. Toyun səbəbkarı 26 yaşlı Ramil Əkbərov yük maşınının sürücüsü olduğu üçün maraqlı ideya həyata keçirib.
Belə ki, Yardımlı rayonuna qız gətirməyə gedən toy karvanında bu dəfə avtomobilləri 9 “KAMAZ” əvəzləyib. Xüsusi bəzədilən “KAMAZ” karvanı həm dağ yolunda daha rahat hərəkət edib, həm də bəy və gəlin üçün unudulmaz bir xatirə kimi yaddaşlara həkk olunub. ( qafqazinfo.az )
İnterpress.az