Bu qərar çərşənbə günü – yanvarın 21-də keçirilən toplantıda qəbul edilib. Həmin toplantıda Almaniya kansleri Angela Merkel və nazirlər kabinetinin 7 üzvü iştirak edib.
Bu qərarın qəbul edilməsinə səbəb Yaxın Şərqdə vəziyyətin qeyri-stabil olması göstərilir. Belə ki, Berlin satdığı silahın regiondakı terrorçuların əlinə düşə biləcəyindən qorxur. Alman hakimiyyəti hələlik bu məlumatı şərh etmir.
Qeyd edək ki, 2013-cü ildə Almaniya Federativ Respublikası Səudiyyə Ərəbistanına 360 milyon avroluq silah-sursatın çatıdırılmasına razılıq vermişdi. Bundan əvvəl isə Ər-Riyadın Almaniyadan 2,5 milyard avroya 5 sualtı qayıq alacağı haqqında məlumatlar yayılmışdı.
İnterpress.az