ABŞ-də “Green Card” lotereyası KEÇİRİLƏCƏK: Müraciət üçün son tarix AÇIQLANDIbackend

ABŞ-də “Green Card” lotereyası KEÇİRİLƏCƏK: Müraciət üçün son tarix AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də Yaşıl Kart lotereyası keçiriləcək.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-nin DV-2027 proqramı ilə bağlı məlumat yayılıb.

Federal məhkəmə ABŞ Dövlət Departamentini ötən ilə aid DV-2027 “Green Card” lotereyasını yaxın vaxtlarda keçirməyə məcbur edib.

Məlumata görə, müraciətlərin qəbulu noyabrın 1-dək başlamalı və 30 gün davam etməlidir.

Lotereyanın nəticələrinin isə dekabrın 3-dən gec olmayaraq açıqlanması nəzərdə tutulur.

İştirak üçün 1 dollar ödəniş tələb olunacağı bildirilir. Ödəniş etmək üçün xarici bank kartının lazım olacağı qeyd edilir.

Xuraman Etibarlı

İnterpress.az