Azərbaycandan NASA-ya etiraz – “Yenə şamları satdırmaq istəyirlər”backend

Azərbaycandan NASA-ya etiraz – “Yenə şamları satdırmaq istəyirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəsədxananın elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov açıqlamasında qeyd edib ki, günəş 2016-cı il martın 9-da tutulacaq: “Keçən il sentyabrın 13-də günəş tutuldu və qaranlıq da olmadı. Bu hadisə bir də gələn il martın 9-u və sentyabrın 1-də baş verəcək. Yazırlar ki, Venera gedib Yupiterin yanına çatacaq, atmosferi qızdıracaq. Nəticədə Yupiter təzədən günəşə böyük enerji verəcək. Noyabrın 15-də Venera 120 milyon km. Mars 300 milyon km, Yupiter 800 milyon km. yerdən məsafədə olacaq. Bu qədər uzaq məsafədə olacaqsa, Venera necə Yupiterin səthini qızdıra bilər?”.

X.Mikayılov bunları cəfəngiyat hesab edir: “Yalan söhbətlərdir. Yəqin yenə də mağazalarda şamlar satılmır. Bunlar mağazalarda satılmayan şamlarla əlaqədardır. İndi də buna əl atıblar”.

Qeyd edək ki, NASA rəhbəri Çarlz Bolden yer kürəsinin bu il noyabrın 15-dən 29-a kimi qaranlığa bürünəcəyini bəyan edib. Bununla bağlı NASA ABŞ prezidenti Barak Obamanın adminstrasiyasına bu hadisənin səbəbləri və nəticələri göstərilən min səhifəlik sənəd təqdim edib. (AzNews.az)

Interpress