8 MAY BEYNƏLXALQ TALASSEMİYA GÜNÜDÜRbackend

8 MAY BEYNƏLXALQ TALASSEMİYA GÜNÜDÜR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xatırladır ki, tarixdə bu gün həm də 8 may beynalxalq talassemiya günüdür.Vətənimiz Azərbaycanda 29 il sonra fəxərat və qürur hissi ilə talassemiyadan danışıb,bu günü qeyd edəcəyik.Biz hər il 8 mayı digər günlərə keçirib ölkəmizdəki talassemiya günü qeyd edirdik.Çünki 8 may 1992 ci il tarixdə erməni mənfurları tərəfində torpaqlarımız işğal olmuşdu.
Nəhayət bu 2020-ci il 8 noyabr ali baş komandamız cənab prezidentimiz və müzəffər ordumuz tərəfində torpaqlarımız düşmən əlindən azad oldu.Şuşa şəhəri azadlığına qovuşdu!
27 sentyabrda vətən müharibəsi başladı.Müharibə başlayan həftədən bitənə qədər ,,Talassemiya Könüllüləri fondu” nun könüllüləri ordumuza humanitar yardımlar etməyə başladı.Bununla yanaşı əsgərlərə məktub,dəstək kompaniyası başladıb,ehtiyacı olan vəsaitləri topladıq.Talassemiya könüllüləri olaraq bizdə əlimizdən gələn maddi,mənəvi dəstək olmağa çalışdıq.Bu günə qədər də müzəffər ordumuz üçün Allaha duaçıyıq.
Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik…
Qazilərimizə Allahdan acil şəfa,şəhid ailələrinə səbr diləyirik.
Bu gündən etibarən 8 May hər ölkədə olduğu kimi bizim ölkədə də xususi katekoriyaya məxsus olan ,,Talassemiyalıların günüdür”.
Bildiyiniz kimi,talassemiya genetik defekt nəticəsində hemoqlobin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunan irsi qan xəstəliyi.Qısa olaraq talassemiya irsi keçən(ata və anadan)qan azlığı xəstəliyidir.
Talassemiya xəstəliyi ilə mübarizə aparan insanlar, 8 may Beynalxalq talassemiya gününüz mübarək olsun.

Hörmətlə,
Talassemiya Könüllüləri Fondunun rəhbəri:Dr.Gülgün Gündüz

 

İnterPress.az