“Manatın növbəti devalvasiyası şok yarada bilər”backend

“Manatın növbəti devalvasiyası şok yarada bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az saytına deyib ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının azalması sirr deyil: “21 fevral devalvasiyasından sonra Mərkəzi Bank manatın məzənnəsini qoruyub saxlamaq üçün hər ay bu ehtiyatlardan istifadə edir. Ayın əvvəlində ehtiyatlar 6,2 milyard manat idi, getdikcə azalması da gözləniləndir və proses davam edəcək”.

Vahid Əhmədovun fikrincə, Mərkəzi Bank manatı qoruyub saxlamaq üçün mütləq müdaxilə etməlidir: “Biz təklif verdik ki, məzənnə siyasətini həyata keçirmək lazımdır. Manat bazar qiymətinə uyğunlaşmalıdır. Mərkəzi Bankın ehtiyatları sonsuz deyil, azalır. Bildiyiniz kimi, manatın qiyməti neftin qiymətindən çox asılıdır. Neftin qiyməti isə durmadan ucuzlaşır. Azərbaycan nefti artıq 38 dollara düşüb. Bunun üçün məzənnə siyasətinə keçmək lazımdır ki, əhali çox əziyyət çəkməsin”.

Deputat “Manatı növbəti devalvasiya gözləyirmi” sualına “Hər şey ola bilər” cavabını verib: “Amma növbəti devalvasiya şok ola bilər. Çünki hələ fevral ayında manat 34 faiz devalvasiyaya uğrayıb. Yəni bundan artığı vətəndaş üçün şok ola bilər. Mənim təklifim üzən məzənnə siyasətinə keçirilməsidir ki, manat yumşaq devalvasiyaya uğrasın və insanlar da bunu çox hiss etməsin”.

İnterpress.az