Livan müflis ölkə elan edilibbackend

Livan müflis ölkə elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Livan Baş nazirinin müavini Saad Əl-Şami dövlətin və ölkənin mərkəzi bankın müflis olduğunu elan edib.

“Bu, artıq baş verib. Biz itkinin maliyyə institutları arasında necə bölüşdürməyi və vətəndaşlara dəyən zərəri necə azaltmağın yolları haqqında düşünməliyik”, – deyə Livanın dövlət rəsmisi vurğulayıb.

Qeyd edək ki, Livan 2019-cu ildən bəri uzun sürən iqtisadi böhran içərisindədir.

Livan valyutası dəyərinin 90%-dən çoxunu itirib, əhalinin 80%-i yoxsulluq həddinin altındadır.