Buxarestdən 10 rus diplomatı çıxarılırbackend

Buxarestdən 10 rus diplomatı çıxarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniya hakimiyyəti Rusiyanın Buxarestdəki səfirliyinin 10 əməkdaşını persona non-qrata elan edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin öz saytında dərc olunmuş bəyanatında deyilir.

“Rumıniya hakimiyyəti Rusiyanın Buxarestdəki səfirliyində çalışan 10 nəfərin fəaliyyətinin 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına zidd olduğunu hesab edərək, ölkə ərazisində persona non qrata elan etmək qərarına gəlib”, – məlumatda deyilir.

Rumıniya Xarici İşlər Nazirliyi qeyd edib ki, artıq rusiyalı diplomatlar bu qərarla bağlı məlumatlandırılıblar.