Bolqarıstan 70 diplomatı və Rusiya səfirliyinin texniki heyətinin nümayəndələrini ölkədən çıxarmaq qərarına gəlib.
İnterpress.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Sofiyadakı səfirliyindən məlumat verilib.
Bolqarıstanın baş naziri Kiril Petkov Bolqarıstan parlamentində “səfirlik nümayəndələrinin xüsusi xidmət orqanlarının üzvləri olduğu müəyyən edilib” bəyanatını verib.
Petkov iyulun 3-dək Rusiya səfirliyinin əməkdaşlarını Moskvaya göndərəcək təyyarənin hazırlandığını da açıqlayıb.
Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyindəki mənbə tezliklə 70 diplomatın ölkədən çıxarılmasına cavab veriləcəyini bəyan edib.