BMT ABŞ vətəndaşı Frederik Cey Kennini İstanbulda yaradılan taxıl dəhlizi üzrə Birgə Koordinasiya Mərkəzinə müvəqqəti nümayəndə təyin edib.
Bu barədə BMT baş katibinin sözçüsünün müavini Fərhan Haq jurnalistlərə açıqlamasında deyib.
“O, bizim müvəqqəti nümayəndəmiz olacaq, BMT-nin səylərinə rəhbərlik edəcək və tərəflərin səylərini asanlaşdıracaq”, – deyə o, qeyd edib.
Kenni hazırda Beynəlxalq Dəniz Təşkilatının hüquq və xarici işlər üzrə direktoru vəzifəsini tutur, bundan əvvəl o, ABŞ Sahil Mühafizəsində hüquqi məsələlərlə məşğul olub və orada kontr-admiral rütbəsinə qədər yüksəlib.