Hollivudunun böyük maliyyə itkisi: Şirkətlərə 800 milyon dollardan çox zərərbackend

Hollivudunun böyük maliyyə itkisi: Şirkətlərə 800 milyon dollardan çox zərər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Warner Bros. və Paramount birləşdikdən sonra Hollivudun ən böyük maliyyə itkiləri ilə üzləşən studiyalarına çevrilə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə “Page Six” nəşri insayderlərə istinadən məlumat yayıb.

Məlumata görə, Warner Bros. filmləri ilin yekunlarına əsasən 800 milyon dollardan (təxminən 1 milyard 360 milyon manat) çox zərər gətirə bilər. Paramount-un uğursuz nəticələri də nəzərə alınarsa, ümumi itkilər 1 milyard dollara (təxminən 1 milyard 700 milyon manat) yaxınlaşa bilər.

İndi Devid Ellisonun qarşısında kinobölmələri yenidən gəlirli vəziyyətə gətirmək və hər il ən azı 30 film istehsal etmək vədini yerinə yetirmək vəzifəsi dayanır.

Xuraman Etibarlı

İnterpress.az