İnterprees.az xəbər verir ki, Azad Vətən Partiyasının sədri Akif Nağı Xalq yazıçısı Anar Rzayevin növbəti dəfə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçilməsini sərt tənqid edib.
Partiya sədri bildirib ki, Anar urvatlı getmək üçün son şansını da itirdi.
“Anar urvatlı getmək üçün son şansını da itirdi. Çox təəssüf. Özü özünə qarşı hörmətsizlik etdi. Hörmətsizik də yox , düşmənçilik etdi. Nəyin xatirinə? Minillərin sualıdı. Hələ də cavabı tapılmayıb. İskəndərin çəlləkdən çıxarıb saraya gətirə bilmədiyi Diogen yadıma düşdü. Bir də Xudu müəllimi xatırladım. Onu hamının nə üçün sevdiyini bir daha başa düşməyə çalışdım.