27 Oktyabr Həştərxan İşgüzar Mərkəzində Rusiya Federasiyanın Azərbaycan Respublikasındakı səfirliyinin, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Ticarət Nümayəndəliyinin və Odlar Yurdu Universiteti iqtisadiyyat, menecment və biznes institutunun birgə təşkilatçılığı ilə “Aİİ – Azərbaycan: iqtisadi əməkdaşlığın inkişaf perspektivləri” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.
Millitribuna.az İnterpress.az xəbər verir ki, beynəlxalq dəyirmi masanın moderatoru, Odlar Yurdu Universitetinin “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının müdiri, i.e.d., prof. Elşad Məmmədov açılış nitqi edərək mövzunun dünya iqtisadiyyatında baş verən yeni reallıqlar çərçivəsində aktuallığı barədə söz açmışdır.
Daha sonra Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Pyotr Volokovıx beynəlxalq dəyirmi masanın işinə uğurlar arzulayaraq, qoyulan mövzunun önəmi haqqında öz fikirlərini bölüşüb.
Daha sonra isə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov bu formatda keçirilən beynəlxalq dəyirmi masaların önəmindən və gələcəkdə yenidən aktual mövzularda beynəlxalq dəyirmi masalarının keçirilməsinin zəruriliyini qeyd etdi.
Beynəlxalq dəyirmi masanın əsas məruzəçisi Avrasiya İqtisadi Komissiyasının inteqrasiya və makroiqtisadiyyat naziri, Rusiya Elmlər Akademiyasının akademiki, Sergey Qlazyev geniş məruzə ilə çıxış etdi.
Sonda isə beynəlxalq dəyirmi masanın iştirakçıları mövzu ətrafında hərtərəfli fikir mübadiləsi apararaq önəmli məsələləri qeyd ediblər.