Son günlər Azərbaycana qarşı əks çirkli kampaniyaya başlanılıb.
İnterpress.az-ın əldə etdiyi məlumata görə, qara kampaniya Avropa dairələri tərəfindən idarə olunur.
Onlar müharibədən sonra Zəfər əldə etməyimizi həzm edə bilmirlər və buna görə də hər cür çirki oyunlara və təxribatlara əl atırlar.
Buna misal olaraq, bu ilin 12-14 sentyabr hadisələrini göstərə bilərik. Belə ki, ölkəmizi təxribata çəkməyə çalışanların Azərbaycanı “işğalçı” adlandırmaq niyyətləri üzə çıxdı.
Təsadüfi deyil ki, ölkəmizə qarşı bu kampaniyalar əsasən Makrona verilən “şillə” cavabdan sonra başlanılıb.