Marneulidə məscidlərin inşası ilə bağlı problemlər həll olunacağbackend

Marneulidə məscidlərin inşası ilə bağlı problemlər həll olunacağ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, idarənin Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov və Marneuli meri Kənan Ömərov arasında görüş baş tutub.

İnterpress.az xəbər verir ki, görüşdə Marneulidə məscidlərin və məscid ətrafında dəstəmazxana, eləcə də digər müxtəlif tiklilərə yaradılan süni əngəllər müzakirə olunub. İdarənin mətbuat xidmətindən xəbər portalımıza verilən məlumata əsasən, görüş zamanı Marneuli meri Kənan Ömərov yaranmış vəziyyətlə bağlı məşğul olduqlarını və mövcud problemlərin artıq həll olunmaq üzrə olduğunu bildirib. Onun sözlərinə görə, Axılı-Lələ kənd məscidinə yazılan cərimələr isə müfaviq işlər aparıldıqdan sonra onun ödənilməməsi üçün lazım gələn bütün adddımlar atılacaq. Xatırladaq ki, Marneuli bələdiyyəsinin Axılı-Lələ kənd sakinləri kənd məscidinin tikintisinə yaradılan süni maneələrdən və tətbiq edilən cərimələrdən şikayətlənirlər.