İsraildə növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb.
Exit-pollun ilkin nəticələrinə görə, Binyamin Netanyahunun “Likud” partiyası parlamentdə 30 yerlə seçkilərdə liderlik edir.
İsrailin baş naziri Lapidin “Yeş Atid” partiyası parlamentdə 22 yer qazanaraq seçkilərdə ikinci yeri tutur.
Qeyd edək ki, “Likud” partiyasının rəhbərlik etdiyi Netanyahu bloku 120 yerdən 62-ni qazanaraq İsraildə hökumət koalisiyası yarada bilər.
Mənbə: TASS