Güneyli fəal Cavad Əhmədi Yekanlı müvəqqəti sərbəst buraxılıb.
İnterpress.az xəbər verir ki,Güney Azərbaycanın Xoy şəhərindən olan milli fəal Cavad Əhmədi Yekanlı 3 milyard tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.
Bir ay həbsdə qalan və dindirilən fəal barəsində hansı ittihamların irəli sürüldüyü barədə heç bir məlumat verilmir.
Qeyd edək ki, oktyabrın 2-də Xoy şəhərindəki ata evində həbs edilən Cavad Əhmədi Yekanlı, ayın 19-da Urmu şəhərinin təhlükəsizlik idarəsinin təcridxanasına, bir neçə gün sonra isə Urmu şəhər zindanına köçürülüb.
O, bundan öncəki illərdə də bir neçə dəfə dinc milli-mədəni fəaliyyətlərinə görə həbs edilib.