Almaniya Xarici İşlər Nazirliyi (XİN) bütün vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb.
Bu barədə Almaniya XİN bəyanat yayıb.
Nazirlikdən bildirilib ki, almanlar “özbaşına həbs olunmaq, dindirilmək və uzun müddətə azadlıqdan məhrum edilmək kimi konkret təhlükə ilə” üz-üzədirlər.
“Hamıdan əvvəl, ikili vətəndaşlığı – İran və Almaniya vətəndaşlığı olan şəxslər risk altındadır”, – bəyanatda deyilir.