İnterpress.az -ın əldə etdiyi məlumata görə Urmuda azərbaycanlı gənc qız Nəsim Sidqi hökumət məmurları tərəfindən öldürülüb. Onun oktyabrın 31-də güllələnərək öldürüldüyü bildirilir.
Onun yaxınları gənc qızın Urmu şəhərinə makiyaj kursunu bitirmək üçün getdiyini və şəhərdə keçirilən etiraz aksiyasında öldürüldüyünü deyirlər.
Onlar, təhlükəsizlik idarəsinin Nəsim Sidqinin ailəsini təhdid edərək övladlarının avtomobil qəzasında öldüyünü demələrini istəyiblər.
Nəsim Sidqinin dəfn mərasimi məmurları təzyiqi və nəzarəti altında səssiz və az sayda insanın iştirakı ilə keçirilib.
İnterpress.az