İnterpress.az-ın əldə etdiyi məlumata görə Tanınmış gənc jurnalist Nazila Mərufiyan Tehranda təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq naməlum yerə aparılıb.
O, bundan bir həftə öncə Məhsa Əmininin atası Əmcəd Əminidən müsahibə almışdı.
Mərufiyan hökumətin onu öldürə və ya həbs edə biləcəyi ehtimalına eyham vuraraq sosial media hesabında “mən nə intihar etmək niyyətindəyəm, ədə hərhansı bir xəstəliyim var” yazmışdı.
Qeyd edək ki, Jurnalistləri Müdafiə Komitəsi İranda ümummilli qiyam başlayandan bəri həbs edilən 51 jurnalistin adını dərc etməklə, İranda həbsdə olan bütün jurnalistlərin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib.
İnterpress.az