Şimali Koreya Rusiyaya silah çatdırmadığı və bunu etməyi planlaşdırmadığını bildiribbackend

Şimali Koreya Rusiyaya silah çatdırmadığı və bunu etməyi planlaşdırmadığını bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koreya Xalq Demokratik Respublikası (KXDR) Rusiya ilə heç vaxt silah sövdələşməsinə getmədiyini və bunu etmək niyyətində olmadığını bildirib.

İnterpress.az xəbər verir ki, bu barədə KXDR-in Mərkəzi Teleqraf Agentliyi bəyanat yayıb.

“Biz bir daha aydın şəkildə bildiririk ki, bizim Rusiya ilə heç vaxt silah razılaşmamız olmayıb və bunu gələcəkdə də etməyi planlaşdırmırıq”, – bəyanatda vurğulanıb.

Həmçinin bildirilib ki, Pxenyan və Moskva arasında bu cür razılaşmalar barədə şayiələr ABŞ-ın Şimali Koreyanın reputasiyasını ləkələmək cəhdidir.

Xatırladaq ki, ötən həftə Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Pxenyanın gizli şəkildə Rusiyanı artilleriya mərmiləri ilə təmin etdiyini deyib.