İstanbul Valiliyi insanların Yeni ili təhlükəsizlik şəraitdə keçirmələri üçün görülən tədbirləri açıqlayıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
İlk olaraq şəhərdə təhlükəsizlik tədbirləri həyata keçirilib.
Yeni il proqramları ilə əlaqədar insan sıxlığının arta biləcəyi obyektlər, əyləncə məkanları, restoran, kafe və bu kimi yerlərdə yoxlamalar aparılır.
Vətəndaşların cəmləşdiyi ticarət mərkəzlərində, hava limanlarında, avtovağzallarda və ictimai nəqliyyat vasitələrinin stansiyalarında, şənliklərin keçirildiyi meydan və ərazilərdə, əyləncə məkanlarında mühafizə bölmələri tədbirlər görəcək. Yeni ilin əvvəlində vətəndaşların bayram keçirə biləcəyi ərazilərdə, meydanlarda və yerlərdə tədbirlər gücləndiriləcək.
Təcili yardım xidmətləri artırılacaq, yanğın və bu kimi hadisələrə qarşı hər cür hazırlıq görüləcək.






