Bunu İranın milli neft naziri Bidjan Namdar Zanqane bildirib.
İnterpress.az-ın Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, o deyib ki, neftin qiymətinin düşməsi ciddi narahatlıq yaradır. ABŞ-da respublikaçıların və demokratların arasında fikir ayrılıqları neftin qiymətlərində tərəddüdlərə gətirib çıxara bilər. Bununla əlaqədar fərz etmək olar ki, yaxın aylarda neftin qiyməti 70-90 dollara yüksələcək.
Nazir vurğulayıb ki, OPEK neft hasilatını azaltmaqla qiymətlərə təsir etmək gücünə sahibdir.
İnterpress.az