Qaçırılan təyyarə ilə bağlı yeni xəbər: “Hər şey bitdi”backend

Qaçırılan təyyarə ilə bağlı yeni xəbər: “Hər şey bitdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O, Kiprin təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən saxlanılıb. Kiprin Xarici İşlər Nazirliyi də bu barədə məlumat yayıb: “Hər şey bitti, təyyarəni qaçıran şəxs saxlanıldı”.

Məlumata görə, həmin şəxs hava limanından heç bir müqavimət göstərmədən, könüllü şəkildə əllərini başı üzərinə qaldıraraq çıxıb. XİN nümayəndəsi Aleksandros Zenonun sözlərinə görə, böyük ehtimalla, təyyarəni qaçıran şəxsin psixi pozğunluğu var: “Biz müəyyən etdik ki, söhbət terrordan getmir. Ehtimal edilir ki, bu şəxs psixi cəhətdən qeyri-stabil vəziyyətdədir. Problem də müvafiq formada həll edilir”.

Misirin Baş naziri Şərif İsmayıl bildirib ki, təyyarəni qaçıran şəxs Larnak hava limanında dindiriləcək. Girovların hamısı azad edilib. (AzNews.az)

İnterpress.az