İranın xarici işlər naziri Hizbullah lideri ilə görüşübbackend

İranın xarici işlər naziri Hizbullah lideri ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Fələstin, Livan və bölgədəki hadisələrlə bağlı Hizbullahın baş katibi Həsən Nəsrullah ilə görüşüb. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. Məlumata görə, İranın xarici işlər naziri Abdullahiyan və onu müşayiət edən heyət Livanın paytaxtı Beyrutda olub.

Fələstin və Livandakı son hadisələrin qiymətləndirildiyi görüşdə bölgədəki vəziyyət, hadisələrin gedişi ilə bağlı mövcud imkanlar və İsrailin Qəzza zolağına təcavüzünün dayandırılması üçün görülən səylər müzakirə edilib.

İranın xarici işlər naziri Abdullahiyan dünən Beyruta gedib və Livan parlamentinin sədri Nəbih Berri, baş nazir Naguib Mikati, həmçinin Fələstin İslami Cihadın baş katibi Ziyad əl-Nəhhale və Həmas-ın Ərəb və İslam Dünyası ilə Əlaqələr İdarəsinin rəhbəri Xəlil əl-Hayye ilə görüşüb.

Abdullahiyan Beyrut səfərindən sonra Qətərə yollanacaq.