“Lifenews” kanalının Azərbaycana qarşı növbəti təxribatı – VİDEObackend

“Lifenews” kanalının Azərbaycana qarşı növbəti təxribatı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Reportajda hadisələrin ümumi şərhi verilsə də, bir Tərtər sakininin verdiyi müsahibə kanal tərəfindən təhrif olunub. “Lifenews” müxbirinin uzatdığı mikrofonda azərbaycanlının səsi aydın eşidilsə də, internet kanal hadisələri özünə sərfəli şəkildə təqdim edib. Şərhdə guya azərbaycanlıların müharibə istəmədiyi, bölgəni tərk etmək istədiyi bildirilir.

Tərtər sakinin dedikləri: – “Bizim torpaqlarımızı işğal eləyib. Hal-hazırda biz müharibə şəraitində yaşayırıq. Hər gün atırlar. Qarşı tərəfdən atırlar. Şəhidimiz var. Biz onun dəfnindən gəlirik”.

“Lifenews”un təqdim etdiyi: “Burada bir neçə ailəmiz var. Qonşularımız küçədədir. Axşama maşınlar daha çox olacaq. Bu müharibə bizə lazım deyil. Bütün günü atırlar”.

Reportajın videosunu sizlərə təqdim edirik. ( avropa.info )

İnterpress.az