İndoneziyanın Sumatra adasının qərbindəki Marapi vulkanının püskürməsi nəticəsində həyatını itirənlərin sayı 22-yə yüksəlib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İndoneziyanın Qərbi Sumatra əyalətinin Axtarış və Xilasetmə İdarəsinin rəhbəri Əbdül Malik açıqlamasında itkin düşən 12 alpinistdən 11-nin cəsədinin tapıldığını bildirib.
Region polisi həmçinin hələ də tapılmayan bir alpinistin partlayışların baş verdiyi əraziyə yaxın olması səbəbindən öldüyünə inandıqlarını və ölən alpinistlərin cəsədlərinin şəxsiyyətlərinin müəyyən edilməsi üçün xəstəxanaya aparıldığını açıqlayıb.
Beləliklə, dekabrın 3-dən vulkanda baş verən partlayışlar və aktivlik nəticəsində həyatını itirənlərin sayı 22-yə yüksəlib.
Ölkədəki Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi dekabrın 3-də verdiyi açıqlamada, Marapi vulkanının təxminən 3 kilometr yüksəkliyə kül səpdiyini və isti kül buludlarının şimala doğru irəlilədiyini bildirib.
Bildirilib ki, səlahiyyətlilər aktivliyin artması səbəbindən bir neçə həftədir ki, yanvar ayından aktiv olan Marapi vulkanını yaxından izləyir.
Ştatın Axtarış və Xilasetmə İdarəsinin rəhbəri Malik dünən verdiyi açıqlamada ştatın Ağam bölgəsindəki Marapi vulkanında baş verən partlayışlardan sonra axtarış-xilasetmə qruplarının 11 alpinistin cəsədlərinə çatdığını və 12 nəfərin itkin düşdüyünü bildirib.
Ştatın paytaxtı Padanqdakı yerli Axtarış və Xilasetmə İdarəsinin rəsmisi Hari Aqustian da qeyd edib ki, dekabrın 2-də dağa qalxmağa başlayan təxminən 75 alpinistdən 52-si xilas edilib, onlardan 8-i bədən xəsarətləri səbəbindən xəstəxanaya yerləşdirilib. partlayışlar nəticəsində cəsədlər.
“Sakit okean atəş halqası” zəlzələ və vulkan qurşağında olan İndoneziyada 130 aktiv vulkan var.