“Azərbaycan millisində işləməkdən qürur duyaram”.
İnterpress.az xəbər verir ki, bunu Türkiyə millisinin sabiq baş məşqçisi Şenol Günəş ölkəsinin mətbuatına açıqlamasında bildirib.
71 yaşlı mütəxəssis müvafiq şəxslərdən ona təklif gəldiyini söyləyib.
Günəş rəsmi dəvət gözlədiyini də vurğulayıb: “Hazırda Avstriyada istirahət edirəm. Oturub detallı danışmağımız lazımdır. Azərbaycan futbolu yüksəlişdədir”.
Qeyd edək ki, son olaraq 2022/2023 mövsümündə “Beşiktaş”da çalışan təcrübəli mütəxəssis 2000-2004-cü illərdə Türkiyə millisinin “sükanı arxasında” olub. O, 2002-ci ildə yığma ilə dünya çempionatında bürünc medal əldə edib.
Xatırladaq ki, AFFA İcraiyyə Komitəsi noyabrın 22-də millinin baş məşqçisi Canni De Byazi ilə yolları ayırıb. Yığma onun rəhbərliyi altında AVRO-2024-ün seçmə mərhələsində 7 xalla F qrupunda 4-cü yeri tutub.