Rusiyanın Londondakı səfiri Andrey Kyolin Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
“Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Böyük Britaniyanın siyasi prosesinə müdaxilə etmək cəhdində ittiham olunub. Buna görə də Rusiyanın Böyük Britaniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb”, – telekanalın məlumatında qeyd olunub.
Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokertinin sözlərinə görə, Rusiya FTX yüksək rütbəli siyasətçilərin və dövlət qulluqçularının şəxsi danışıqlarına təhdid yaradıb.