Rusiya XİN: “Bakı ilə İrəvan arasında razılaşmanı alqışlayırıq”backend

Rusiya XİN: “Bakı ilə İrəvan arasında razılaşmanı alqışlayırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva Bakı və İrəvan arasında Ermənistan və Azərbaycan hərbçilərinin qarşılıqlı azad edilməsinə dair razılaşmanı alqışlayır.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova şərhində bildirilib.

“Rusiya ardıcıl olaraq saxlanılan şəxslərin “hamıya hamı” prinsipi əsasında dəyişdirilməsi ideyasını irəli sürür. Bu, qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verir və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illərdə imzaladığı üçtərəfli bəyanatlara uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin təşviqində yeni imkanlar açır. Biz bundan sonra da nəqliyyat kommunikasiyalarının açılması, sərhədin delimitasiyası, sülh sazşinin imzalanması və vətəndaş cəmiyyəti vasitəsilə təmaslarda hər cür yardım göstərməyə hazırıq”, – XİN rəsmisi bildirib.

M.Zaxarova həmçinin bildirib ki, Rusiya Ermənistanın xoşməramlı jest kimi 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etmək üçün Azərbaycanın xeyrinə öz ölkəsinin namizədliyindən imtina etmək qərarını, eləcə də, Bakının İrəvanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Bürosuna üzvlüyünə namizədliyini dəstəklədiyini bəyan etməsini alqışlayır.