Polşanın Lodz şəhərinin polisi iki ay davam edən axtarışdan sonra qisas almaq məqsədilə gecə klubuna maşın sürən 25 yaşlı Gürcüstan vətəndaşını saxlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Mətbuatın məlumatına görə, hadisə 2023-cü il sentyabrın 21-də baş verib.
25 yaşlı gənc zorla klubların birindən çıxarılıb və bir neçə dəqiqə sonra o, avtomobili ilə klubun ərazisinə keçib və avtomobili bir neçə dəfə klubun giriş qapısına çırpıb. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.
Dəymiş ziyanın ümumi dəyəri 12 402,86 dollar təşkil edib.
Bundan əlavə, yaxınlıqda dayanmış iki avtomobilə də ziyan dəyib. Saxlanılan şəxsi 5 ilə qədər həbs gözləyir.