Gürcüstanın hava məkanında Rusiya aviaşirkətlərinin təyyarələrinin sayı artır.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Bu Rusiyadan olan uçuşların artdığının göstəricisidir.
Məlumata görə, Sankt-Peterburqdan Tbilisiyə uçuşların sayı artır.
Əgər indiyədək təyyarələr Gürcüstanın paytaxtına yalnız çərşənbə axşamı və şənbə günləri uçurdusa, indi cədvələ cümə axşamı günləri də əlavə edilib.
Beləliklə, Sankt-Peterburqdan Tbilisiyə uçuşların ümumi sayı 5-ə yüksələcək. Bu marşruta tələbat yüksək olarsa, reyslər gündəlik həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, “Georgian Airways” dekabrın 10-dan Tbilisidən Sankt-Peterburqa uçuşlara başlayıb.
Şirkət Sankt-Peterburqa həftədə iki dəfə – çərşənbə və bazar günləri uçuşlar həyata keçirirdi.