2023-cü ildə Türkiyə avtomobil sənayesindən 9 ölkəyə 1 milyard dollardan çox ixracat olub.
Bu barədə interpress.az yerli mediaya istinadən xəbər verir.
Ötən il 35 milyard dollara çataraq ixracat rekordu qıran Türkiyə avtomobil sənayesi 9 ölkəyə 1 milyard dollardan çox satış edib.
2023-cü ildə Türkiyə avtomobil sənayesindən 9 ölkəyə 1 milyard dollardan çox ixracat
Uludağ Avtomobil Sənayesi İxracatçıları Dərnəyinin məlumatlarına görə, 2022-ci ili 30 milyard 995 milyon 808 min dollarlıq ixracatla bağlayan avtomobil sənayesi, son olaraq yüzdə 13 artımla 35 milyard 4 milyon 230 min dollarlıq ixracatla bütün zamanların rekordunu qırıb.
Ötən ili ölkə ixracatında lider olaraq tamamlayan avtomobil sənayesi Türkiyənin xarici satışlarında yüzdə 15,8 paya sahib olub.
Ötən il avtomobil ixracının 1 milyard dolları ötdüyü bazarlar 7 AB üzvü ölkə, Böyük Britaniya və ABŞ olub.
Sektorun əsas bazarı Almaniya birinciliyini qoruyub. 2022-ci ildə 4 milyard 379 milyon 321 min dollar olan Almaniyaya ixracat, keçən il yüzdə 10,8 artaraq 4 milyard 854 milyon 81 min dollar oldu. Almaniyanın Türk avtomobil sənayesi ixracatındakı payı yüzdə 13,86 olaraq qeyd edilib.
Fransa 32,5 faiz artımla Almaniyanı təqib edib.
2022-ci ildə 3 milyard 250 milyon 139 min dollar ixrac edilən Fransaya 2023-cü ildə 4 milyard 307 milyon 717 min dollarlıq məhsul satılıb.
İngiltərə yüzdə 0,8 artım və 3 milyard 295 milyon 479 min dollarla üçüncü ölkə, İtaliya isə 21,5 faiz artım və 3 milyard 138 milyon 171 min dollarla dördüncü ən çox ixrac edilən ölkə olub.
İspaniyaya ixracat yüzdə 34,3 artıb.
İspaniya ən çox ixrac edilən ölkələr arasında beşinci yerdədir. 2022-ci ildə 1 milyard 816 milyon 163 min dollar ixrac edilən İspaniyaya ötən il 2 milyard 439 milyon 507 min dollarlıq satış edilib.
Polşa 21,3 faiz artımla 1 milyard 763 milyon 252 min dollarla 6-cı, Sloveniya 21,1 faiz artımla 1 milyard 354 milyon 810 min dollarla 7-ci, Belçika 13,4 faiz artımla 1 milyard 324 milyon 394 min dollarla qərarlaşıb. ABŞ yüzdə 29 azalma və 1 milyard 17 milyon 473 min dollarla 8-ci və 9-cu sırada yer alıb.
Rusiya yüzdə 41,7 artım və 993 milyon 72 min dollarlıq avtomobil ixracı ilə 10-cu yerdə qərarlaşıb.