Dmanisidən olan və hazırda Tbilisidə yaşayan Giorgi Kavlelaşvili öz həyat yoldaşını qətlə yetirib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Belə ki, hadisə bu gün günorta saatlarında baş verib.
Məlumata əsasən, 27 yaşlı qadın yatan zaman onun həyat yoldaşı 29 yaşlı Giorgi Kavlelaşvili ona bıçaqla xəsarətlər yetirib. Bildirilir ki, Kavlelaşvili cinayəti törədən zaman sərxoş vəziyyətdə olub.
Gənc qadın yaraları vəziyyətdə klinikaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.
Mövcud məlumata görə, hadisədən sonra gənc oğlan özünə də xəsarətlər yetirib və klinikaya aparılıb.