Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov danışıb. O, Azərbaycana gətirilən 50 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsinin arasında məişət tullantıları daşıyan ortatutumlu, sirkab suları soran (assenizator), sudaşıyan, küçəsüpürən kommunal təyinatlı nəqliyyat vasitələrinin də olduğunu bildirib.
Nəqliyyat vasitələri ”China Civil Engneering Construction Corporation” şirkətinin istehsalıdır.
Onun sözlərinə görə, bu gün Çindən Azərbaycana gətirilmiş nəqliyyat vasitəllərinə Biləcəri stansiyasında baxış keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin, “Azərbaycan Dəmir Yolları» QSC-nin, “Azəravtoyol” Dövlət Şirkətinin və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediriblər.
Tədbirdə çıxış edənlər Azərbaycanla Çin arasında qarşılıqlı əlaqələrin inkişaf etməsindən məmnun qaldıqlarını bildiriblər.( SalamNews)
İnterpress.az