İsrail ordusu Hizbullah qruplaşmasının komandiri Naber əl-Qədrini məhv edib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
Bildirilib ki, o, Livanın cənubuna hava zərbələri nəticəsində öldürülüb.
Naber əl-Qədrininin Hizbullahın səhra komandiri olduğu bildirilib.
Qeyd edək ki, noyabrın 9-da Hizbullahın daha bir komandiri Əli Hüseyn Burci zərərsizləşdirilmişdi.