Ermənistan xarici işlər nazirinin müavini Vaqe Gevorkyan tutduğu vəzifədən azad edilib.
İnterpress.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan sərəncam imzalayıb.
Qeyd edək ki, Vaqe Gevorkyan 2021-ci il sentyabrın 7-də bu vəzifəyə təyin olunub.
Onun tutduğu vəzifədən azad edilməsi səbəbləri və təyinatına dair hələ ki məlumat yayılmayıb.