Cənubi Koreyada bıçaqla hücuma məruz qalan ana müxalifət Demokratik Partiyasının lideri Li Jae-myung xəstəxanadan çıxarkən deyib ki, döyüşçü siyasətə son qoymaq lazımdır. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Yonhap-ın məlumatına görə, yanvarın 2-də Busanın Gadeok adasında tikinti sahəsinə baş çəkərkən boynundan bıçaqlanan Li xəstəxanadan buraxılıb.
Müalicə aldığı Seul Milli Universitet Xəstəxanasından çıxarkən jurnalistlərə açıqlama verən Li deyib: “Ümid edirəm ki, hamımızı təəccübləndirən bu hadisə nifrət və qarşıdurma siyasətinin sona çatmasında və hörmətli bir dövlətin yenidən qurulmasında dönüş nöqtəsi olacaq. Biz davam etdirdiyimiz döyüşkən siyasətə son qoymalıyıq”.
Hücumçu hərəkətini Linin prezident olmasına mane olmaq üçün həyata keçirib
Lini bıçaqlayan 67 yaşlı müttəhimlə bağlı Pusan Böyükşəhər Polis İdarəsi tərəfindən açıqlama verilib.
Müttəhim Linin parlamentdə çoxluq qazanmasına və qarşıdan gələn ümumi seçkilərdə prezident olmasına mane olmaq üçün onu öldürməyə qərar verdiyini açıqlayıb.
Yanvarın 2-də Pusanın Gadeok adasındakı tikinti sahəsinə səfəri zamanı mətbuat mənsublarının suallarını cavablandırarkən hücumçu avtoqraf almaq bəhanəsi ilə Liyə yaxınlaşıb və əlindəki kəsici alətlə onun boynuna xəsarət yetirib.
Hücumdan sonra Linin həyati təhlükəsi olan vəziyyətinin təhlükədə olmadığı açıqlanıb.
Polis hadisə yerində tutulan təcavüzkarın soyadının Kim olduğu və 1957-ci il təvəllüdlü olduğu barədə məlumatı paylaşaraq, hücumçunun Lini öldürməyi planlaşdırdığını etiraf etdiyini bildirib.
Sosial mediadakı görüntülərdə şübhəlinin bir ay əvvəl Linin Busanda qatıldığı tədbirdə də göründüyü müəyyən edilib.