Türkiyə Qəzzalılara yardım əlini uzatmağa davam edir.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Qəzzadan 85 xəstə və yaralı bu gün axşam saatlarında Misirdən Türkiyəyə gətirilir.
Türkiyə Fələstində qətliam edilən dinc əhalinin ümidinə çevrilib.
Səhiyyə naziri Fahrettin Koca sosial media hesabında 7-ci təxliyə ekspedisiyasını açıqlayıb.
Nazir Koca bu axşam Qəzzadan 85 xəstə və yaralının Misirdən Türkiyəyə gətiriləcəyini açıqlayıb.
106 nəfərlik refakat qrupunun müşayiəti ilə xəstələr Türkiyədə müalicə olunacaqlar.
Təxliyə əməliyyatlarının davam edəcəyi gözlənilir.