Türkiyəyə qarşı hücumlar var, amma bunlar nəticə verməz.
İnterpress.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, şəxsən özünə qarşı şifahi hücumlar olur: “Amma bunlar mənasızdır. Çünki biz haqqın, ədalətin yanındayıq”.
R.T.Ərdoğan söyləyib ki, haqq heç vaxt məğlub olmaz.