ABŞ-ın bəzi ştatlarında yağan qar həyata mənfi təsir edib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Milli Hava Xidmətinin (NWS) verdiyi açıqlamaya görə, qar yağışı Ayova, Missuri və Texas ştatlarında təsirli olub və temperatur sıfırın altında olub.
Ştatlarda bütün zamanların ən aşağı hava temperaturları ölçülüb.
Açıqlamaya görə, soyuq havanın yaxın günlərdə ölkənin mərkəzi və şimal-şərq hissəsindəki 26 əyaləti təsir edəcəyi, ən soyuq günlərin isə paytaxt Vaşinqton, Nyu-York və Boston kimi şəhərlərdə yaşanacağı bildirilib.
Ölkədəki uçuş trafikini izləyən FlightAware internet saytının məlumatına görə, bu gün ABŞ-da 2 min 352 reys ləğv edilib, 5 min 726 reys gecikib.