Braziliyada bir gündə bir aylıq yağış yağdı: 11 nəfər ölüb, 2 nəfər itkin düşübbackend

Braziliyada bir gündə bir aylıq yağış yağdı: 11 nəfər ölüb, 2 nəfər itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyanın Rio-de-Janeyro şəhərində güclü yağışlar nəticəsində 11 nəfər ölüb, 2 nəfər itkin düşüb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Səlahiyyətlilər bir gündə 1 aylıq yağışın yağdığını bildirib.

Rio-de-Janeyro meri Eduardo Paes axtarış-xilasetmə işlərinin davam etdiyini və şəhərdə “fövqəladə vəziyyət” elan etdiklərini bildirib.

Güclü yağışlar nəticəsində indiyədək 11 nəfər ölüb, 2 nəfər itkin düşüb.

Səlahiyyətlilər 1 aylıq yağışın bir gündə yağdığını vurğulayaraq, onlarla evi su basdığını və ehtiyacı olan insanlara ərzaq çatdırmağa çalışdıqlarını açıqlayıb.

Meteoroloji məlumatlara əsasən, güclü yağışlar şəhərin şərq rayonlarında bir müddət davam edəcək.